Samsung şirkəti Windows kompüterlər üçün prosessor istehsalı ilə məşğul ola bilər

Samsung şirkəti Windows kompüterlər üçün prosessor istehsalı ilə məşğul ola bilər

Texnologiya
26.07.2020 PAYLAŞIM

    Növbəti 2 il ərzində Apple şirkəti Intel prosessorlarından imtina etməyi və öz kompüterlərində fərdi ARM prosessorlardan istifadəni özünə məqsəd qoyub. Microsoft şirkəti də Qualcomm dəstəyi ilə Windows cihazları mobil prosessora keçirtməyə cəhd göstərir. Lakin bu cəhd heç də uğurlu alınmır. Yeni məlumata əsasən isə Samsung şirkəti bu prosesdə yaxından iştirak etmək niyyətindədir.

    Bu barədə Mydrivers.com saytı xəbər verib. Məlumata əsasən Samsung şirkəti özünün Galaxy S20 seriyasında istifadə olunan Exynos 990 flaqman prosessorunun kompüterlər üçün olan versiyasını hazırlayıb. Lakin şirkət hələ bu barədə elan verməyə tələsmir. Belə ki, şirkət həmin prosessorun kompüter tapşırıqlarının öhdəsindən gələcəyinə əmin deyil.


    Buna baxmayaraq Samsung bu perspektivli istiqamətdən imtina etmək niyyətində deyil. Məlumatda qeyd edilib ki, Samsung gələcək 5 nanometrlik Exynos 1000 modeli əsasında Windows kompüterlər üçün digər bir prosessor üzərində çalışır. Qeyd etmək lazımdır ki, bütün bunlar sadəcə təsdiq olunmamış məlumat sızıntılarıdır. Heç istisna deyil ki, əslində Samsung şirkəti Windows kompüterlər üçün heç bir prosessor hazırlamır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mobil operatorlar 5G internetinin real sürətini açıqlayıblar

4G şəbəkəsi ilə müqayisədə yeni nəsil 5G şəbəkəsinin diqqət çəkən sürətdə bağlantı təqdim edəcəyi gö..


SpaceX-in Starship kosmik gəmisinin prototipi sonunda testdən uğurla keçdi (VİDE..

Crew Dargon kosmik gəmisinin BKS-dən (Beynəlxalq Kosmik Stansiya) Yer kürəsinə qayıtdıqdan iki gün s..


Google şirkəti süni zəkanın superkompüterdə öyrənmə sürəti üzrə yeni rekorda imz..

Google şirkəti machine learning dəstəkli superkompüterlərin testlərinin sona çatdığını elan edib. Be..


Elon Musk, Neuralink-in yeni çipinin daha bir özəlliyindən danışdı: Yeni təqdima..

Elon Musk tərəfindən yaradılmış Neuralink şirkəti bu ilin sonunda beyin çiplərinin insan üzərində il..


Google, AirDrop analoqu Nearby Sharing funksiyasını Chrome brauzerinə əlavə edib..

Google şirkəti özünün AirDrop analoqu olan Nearby Sharing funksiyasını ilk növbədə Android 11-in bet..


Tesla elektromobilləri yeni batareyalar hesabına daha çox yol qətt edə biləcəklə..

Batareyanın tərkibində kobalt elementinin miqdarı nə qədər az olarsa enerjinin sıxlığə bir o qədər ç..

×