Samsung şirkəti smartfonlar üçün 108 MP'lik kamera modulunu təqdim etdi

Samsung şirkəti smartfonlar üçün 108 MP'lik kamera modulunu təqdim etdi

Texnologiya
12.08.2019 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə Xiaomi şirkəti 64 MP-lik kamera modulunu təqdim edən zaman bildirmişdi ki, o, Samsung şirkəti ilə birlikdə 108 MP-lik kamera moduluna sahib smartfon modelini satışa çıxartmağı planlaşdırır. Bugün isə Samsung şirkəti smartfonlar üçün nəzərdə tutulmuş 108 MP-lik ISOCELL Bright HMX kamera modulunu təqdim etdi. Bu barədə 4pda saytı xəbər verib.


    Ölçüləri 1/1.7” olan 64 MP-lik ISOCELL Bright GW1 kamera modulundan fərqli olaraq yeni kamera modulunun ölçüləri 1/1.33”-ə kimi yüksəlib. Lakin pikselin ölçüsü eynilə qalıb (0.8 mikrometr). Beləliklə təqdim olunmuş yeni kamera modulu 12032x9024 piksel keyfiyyətində fotolar çəkə bilir. Kamera sensorunun ölçüsünün böyüdülməsi həmçinin matrisanın əldə etdiyi işıq miqdarına da müsbət təsir edib. Smart ISO funksiyası sayəsində isə işıqlandırılma şərtlərindən asılı olaraq ən effektiv ISO göstəricisinin seçilməsinə imkan verir.


    Yüksək keyfiyyətli fotoların çəkilməsindən əlavə olaraq ISOCELL Bright HMX sensoru həmçinin saniyədə 30 kadr sürətlə 6K kefiyyətində videoların çəkilməsini də dəstəkləyir. Öz smartfonuna bu kamera modulunu quraşdıracaq ilk şirkət isə Xiaomi olacaq. Bəzi məlumatlara əsasən 108 MP-lik kamera modulunu məhz Xiaomi Mi Mix 4 flaqman smartfonu əldə edəcək. Sözügedən kamera modulunun irimiqyaslı istehsalına isə sentyabr ayında start verilməyi planlaşdırılır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Apple bu il kompakt ölçülərə sahib iPhone 12 mini smartfon modelini təqdim edə b..

Son illərdə Apple şirkəti hər il 2 və ya 3 iPhone modeli təqdim edir. Qeyd etmək lazımdır ki, bu ili..


Apple şüşə materialdan hazırlanmış gövdəyə sahib iMac-ın patentini əldə etdi..

ABŞ-ın patent bürosu Apple şirkətinin yeni patent sorğusunu təsdiqləyib. Həmin patent sorğusunda şir..


Poco X2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran əldə edəcək..

Xiaomi-nin müstəqil şəkildə fəaliyyət göstərən Poco brendi dünən öz yeni smartfon modeli olacaq Poco..


Pulsuz antivirus Avast milyonlarla istifadəçi məlumatını satmaqda günahlandırılı..

Pulsuz versiyası olan Avast antivirusunun şirkəti milyonlarla istifadəçi məlumatını satmaqda günahla..


Motorola-nın yeni flaqman smartfon modelinin təqdimat tarixi məlum oldu

Biz artıq dəfələrlə xəbər vermişik ki, Motorola şirkəti bu il flaqman smartfonlar seqmentinə geri qa..


Qatlana bilən Galaxy Z Flip smartfonu Galaxy S20-dən bir qədər sonra təqdim olun..

Son məlumatlarda qeyd olunurdu ki, Samsung şirkəti 11 fevral tarixində Galaxy S20 flaqman smartfon s..