main-post-cover

    Samsung şirkəti qeyri adi konstruksiyalı bir neçə smartfonun patentini əldə edib

    Elm & Texnologiya
    30.10.2019
    Emil Nəcəfov
        Bir çox digər şirkətlərin əməkdaşları kimi Samsung şirkətinin mühəndisləri də smartfonlar üçün innovasiyalı dizayn həllərinin hazırlanması ilə məşğuldurlar. Belə ki, şirkətin ortaya çıxmış yeni patentlərində maraqlı dizayna sahib cihazlar əks olunublar. Heç istisna deyil ki, şirkət hal hazırda məhz həmin smartfonlar üzərində çalışır. Bu barədə Ubergizmo.com saytı xəbər verib. Patentdə əks olunmuş cihazlardan biri Huawei şirkətinin qatlana bilən Mate X smartfonuna bənzəyir.
        Galaxy Fold-dan fərqli olaraq həmin cihazı petlə konstruksiyası vasitəsilə iki istiqamətdə qatlamaq olar. Patentdə əks olunmuş cihazlardan biri də onu sübut edir ki, şirkət modul konstruksiyalı smartfon üzərində çalışır. Cihazın kənarlarında yerləşdirilmiş xüsusi modullar yerləşdirilib. Beləliklə həmin modullardan birini dartmaqla məsələn cihazın ekran modullarından birini çıxartmaq olar. Bundan əlavə olaraq bu cihaz bir neçə əlavə batareya və yaddaş modullarının qoşulmasını da dəstəkləyir.
    Linki kopyala