main-post-cover

    Samsung şirkəti kənarları maksimal dərəcədə əyilmiş ekrana sahib smartfonun patentini aldı

    Elm & Texnologiya
    19.11.2019
    Farid Pardashunas
        Samsung mühəndisləri müxtəlif smartfon dizaynları ilə təcrübə aparmağa davam edirlər. Şirkətin patentlərindən birində gələcəkdə satışa çıxacaq Galaxy One seriyasının güman edilən ilk smartfon modelinin sxematik fotosu ortaya çıxıb. Smartfonun əsas özəlliyi ondan ibarətdir ki, o, tamamilə çərçivəsiz ekrana və kənarları maksimal dərəcədə əyilmiş ekrana sahibdir. Bu barədə Gizchina saytı xəbər verib.
        Patentdə əks olunmuş foto sözügedən smartfonda təsvirin təkcə ekran səthi üzrə deyil həm də ekranın kənarları üzrə əks olunmasını sərgiləyir. Bu üsul ilə şirkət bir növ 3D ekran əldə etmək istəyir. Smartfonun əyilmiş kənarlarında həmçinin əlavə idarəetmə funksionallığı da yerləşəcək. Smartfonun 4 kənarından 3-ü ön panelə nisbətən 90 dərəcə bucaq altında yerləşdirilib.
        Bir qədər əyilmiş formaya isə smartfonun yalnız aşağı hissəsi sahibdir. Smartfonun interfeysi bildirişlərin kənar hissələrdə əks olunmasının mümkünlüyünü sərgiləyir. Qeyd etmək lazımdır ki, Samsung şirkəti kənarları əyilmiş smartfonlar sırasında ilk cihazı hazırlamış şirkətdir. Şirkətin bu patentdə əks olunmuş cihazı nəticədə satışa çıxardıb-çıxartmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər