main-post-cover

    Samsung şirkəti Galaxy S10 Lite və Galaxy Note 10 Lite smartfonlarını təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    06.01.2020
    Emil Nəcəfov
        Uzun müddət ərzində olmuş bir çox məlumat sızıntılarından sonra Samsung şirkəti Galaxy S10 LiteNote 10 Lite smartfon modellərini təqdim edib. Şirkət sözügedən smartfonların press render fotolarından əlavə olaraq onların bütün texniki özəlliklərini də paylaşıb. Beləliklə Galaxy S10 Lite modeli 6.7 düym Super AMOLED ekrana sahibdir və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı hissə yerləşdirilib.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 855 prosessoru, 6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 48 MP (f/2.0 diafraqmalı) + 12 MP (f/2.2 diafraqmalı) + 5 MP (f/2.0 diafraqmalı) üçlü arxa kamera, 32 MP-lik (f/2.2 diafraqmalı) ön kamera və 25 vatt gücündə olan sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahibdir.
        Galaxy Note 10 Lite modelinə gəldikdə isə texniki göstəricilər baxımından bu model demək olar Galaxy S10 Lite ilə eynidir. Lakin Note 10 Lite sahib olduğu prosessor modeli, arxa kamera göstəriciləri və S Pen stilusu ilə fərqlənir. Beləliklə Galaxy Note 10 Lite modeli Exynos 9810 prosessoru və 12 MP (f/1.7 diafraqmalı) + 12 MP (f/2.4 diafraqmalı) + 12 MP (f/2.2 diafraqmalı) üçlü arxa kamera ilə təchiz olunub.
        Digər texniki özəlliklər üzrə smartfonlar eynidirlər. Hər iki smartfon One UI 2.0 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy S10 Lite modeli 649 avroya, Galaxy Note 10 Lite modeli isə 599 avroya satılacaq. Smartfonların bu ay satışa çıxacaqları gözlənilir. 
    Linki kopyala