main-post-cover

    Samsung şirkəti Galaxy A90 smartfonu üzərində çalışır

    Elm & Texnologiya
    05.06.2019
    Farid Pardashunas
        Aprel ayında Samsung şirkəti Galaxy A80 smartfon modelini təqdim etmişdi. İndi isə şirkət Galaxy A90 adlı model üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. Sözügedən cihaz məşhur Geekbench bençmark saytının məlumatlar bazasında aşkar edilib. O, məlumatlar bazasında SM-A9050 model nömrəsilə qeyd edilib.
        Geekbench məlumatlarına əsasən Galaxy A90 modeli 6 GB RAM-a, Android Pie əməliyyat sisteminə və sm6150 prosessoruna sahibdir. Bu isə Snapdragon 675 prosessorunun kod adıdır. Lakin bu cür kod adı ilə bəzən Snapdragon 730730G prosessor modelləri də işarə edilirlər. Smartfonun Geekbench testləri vasitəsilə əldə etdiyi nəticələrə əsasən demək olar ki, smartfon məhz Snapdragon 700 seriyasından olan prosessor ilə təchiz olunacaq.

        Belə ki, Galaxy A90 Geekbench-in birnüvəli testində 2504 xal, çoxnüvəli testində isə 6768 xal toplayıb. Təəssüflər olsun ki, smartfon barəsində başqa bir məlumat və təqdimat tarixi yoxdur. Lakin smartfon artıq Geekbench testindən keçirsə deməli onun təqdimatı yaxın müddətdə baş tutmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər