main-post-cover

    Samsung şirkəti Galaxy A10s smartfon modeli üzərində çalışır

    Elm & Texnologiya
    24.06.2019
    Emil Nəcəfov
        Samsung şirkəti Galaxy A10-nun daha bir versiyası olacaq Galaxy A10s üzərində çalışır. Lakin Galaxy A10e modelindən fərqli olaraq yeni smartfon adi Galaxy A10-nun sadələşdirilmiş versiyası deyil, təkmilləşdirilmiş versiyası olacaq. Bu barədə MySmartPrice saytına istinadən Gagadget saytı xəbər verib. Sözügedən yeni smartfon modeli artıq ABŞ-ın FCC agentliyində sertifikatlaşdırmadan keçib.

        FCC agentliyinin məlumatlar bazasında bu smartfon kod adı ilə qeyd edilib. Bəzi texniki göstəricilərə əsasən demək olar ki, Galaxy A10s modeli büdcəli smartfonlar seriyasına aid ediləcək. Məlumatlar bazasında olan dokumentasiyadan da görmək olar ki, Galaxy A10s modelinin arxa panelində iki kamera modulu və adi barmaq izi skanı texnologiyası yerləşəcək. Qeyd etmək lazımdır ki, adi Galaxy A10 modelində bu özəlliklər yoxdur.

        Çox güman ki, smartfon ya 6 düym ya da 6.2 düym ekrana sahib olacaq. Yeni smartfonda batareya həcmi isə 3900 mAh-a kimi yüksəldilib. Bundan əlavə olaraq smartfon Exynos prosessoru, qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş və UI interfeysli Android Pie əməliyyat sistemi ilə təchiz olunacaq.

    Linki kopyala