main-post-cover

    Samsung şirkəti 5G dəstəkli yeni Galaxy Watch üzərində çalışır

    Elm & Texnologiya
    29.05.2019
    Emil Nəcəfov
        Yeni Galaxy Note 10 flaqman smartfon seriyasından əlavə olaraq Samsung şirkəti hal hazırda tamamilə yeni Galaxy Watch smart saatları üzərində çalışır. Bu barədə Sammobile saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə təqdim olunmuş məlumata əsasən yeni Galaxy Watch smart saatı iki versiyada satışa çıxacaq. Onlar SM-R820/SM-R830 (Wi-Fi və Bluetooth) və SM-R825/SM-R835 (LTE) model nömrələrinə sahibdirlər.
        Məlumata əsasən bu modellərdən əlavə olaraq şirkət həmçinin 5G şəbəkə dəstəkli xüsusi Galaxy Watch modeli üzərində də çalışır və o, ABŞ bazarı üçün nəzərdə tutulacaq. Əvvəlki modellər kimi yeni Galaxy Watch da 4 GB daxili yaddaş həcminə və həmin iki ölçüyə (42 mm və 46 mm) sahib olacaq. Güman olunur ki, yeni Galaxy Watch modeli Galaxy Note 10 smartfonu ilə birlikdə təqdim olunacaq. Galaxy Note 10-nun təqdimatının avqust ayında baş tutacağı gözlənilir.
    Linki kopyala