main-post-cover

    Samsung S10 3D kamera dəstəyi ilə gələcək

    17.03.2018
    Nijat Hamid
    Samsung şirkəti Galaxy S9 modeli ilə istifadəçilərdən gözlədiyi həyəcanı və uğuru ala bilmədi.
        Buna səbəb o göstərilir ki, şirkət telefona yenilik olaraq xırda dəyişikliklər və kamera yenilənmələri gətirdi, amma qiymətlər S8-ə görə daha çox idi. Galaxy S9-un tanıdılmasından qısa müddət keçməsinə baxmayaraq, Samsung gələn il tanıdacağı Galaxy S10 modeli üçün hazırlıqlara başlayır.
    Galaxy S10 modeli 3D kamera dəstəyi və çərtiksiz ekran ilə istehsal ediləcək.    
        Galaxy S10 modelində olması planlanan 3D kamera dəstəyi hesabına iPhone X modelindəki bütün Face ID funksiyaları bu model ilə birlikdə istifadə edilə biləcək. Sızan məlumatlara görə, 3D kamera texnologiyası üstündə israilli Mantis Vision işləyir. Ayrıca əldə olunan məlumatlara görə, Samsung 3D aşkarlama texnologiyalarında məşhurlaşan Cənubi Koreya mərkəzli bir şirkət olan Namuga ilə birliktə işləməyi də planlaşdırır.
        Deyilənlərə görə, Samsung bu 3D texnologiyasını iPhone X-dəki kimi ayrıca sensor kimi işlətmək yerinə bir-başa kameraya inteqrasiya etməyi düşünür. Əgər bu deyilenlər doğrudusa, S9 modelindən daha incə və nazik çərçivələrə malik bir Galaxy S10 modeli görəcəyik. Bu ilki MWC 2018 konfransında heç bir məlumat açıqlamayan Samsung çox güman gələn ilki konfransda hər şeyi açıqlayacaq və bu texnologiyaları istehsala buraxacaq. Ayrıca Galaxy S10 modelinin çərtiksiz OLED ekran ilə istehsal edilməsi planlaşdırılır
     
    Fikrinizcə, Galaxy S10 modeli S9 modelində olduğu kimi sadəcə kamerası ilə ön plana çıxacaq? Yoxsa bizləri sürprizlər gözləyirmi?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər