main-post-cover

    Samsung öz smartfon və planşetlərinə reklamlar əlavə edə bilər

    Elm & Texnologiya
    04.10.2019
    Emil Nəcəfov
        Samsung şirkətinin smart televizor modellərinin istifadəçiləri həmin televizorlarda reklam elanları ilə qarşılaşırlar. Lakin həmin reklamları sistem ayarları vasitəsilə deaktiv etmək mümkündür. Görünür, yaxın zamanda həmin reklamlar şirkətin smartfon və planşet modellərinə də əlavə ediləcək. Bu barədə Gizmochina saytı xəbər verib. Samsung televizorlarında reklamların əks olunması üçün şirkət Samsung Ads proqramına sahibdir.
        1 oktyabr tarixində isə şirkət Avropa Birliyinin intellektual mülkiyyət üzrə agentliyində Samsung Mobile Ads adlı ticarət nişanını qeydiyyatdan keçirdib. Qeydiyyat təsvirinə əsasən o, smartfon və planşet modellərində reklam xidmətlərinin yayılmasını əks etdirir. Hər halda bundan hansısa konkret nəticələri çıxartmaq hələ tezdir. Belə ki, bu ticarət nişanının altında nəyin gizləndiyi tam olaraq aydın deyil. Ola bilər ki, bu sadəcə olaraq şirkətin hansısa servisinin daxilində məsləhət xarakterli elanlar olsun..
    Linki kopyala