main-post-cover

    Samsung Galaxy Smart Tag axtarış trekerinin real fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    04.01.2021
    Emil Nəcəfov
        Samsung Galaxy Smart Tag adlı trekerlərin mövcud olmasını Tayvanın şəbəkələr üzrə milli komissiyasının (NCC) məlumatlar bazasındakı məlumatlar təsdiqləyiblər. İtmiş əşyaların tapılması üçün nəzərdə tutulmuş bu aksessuarın real fotoları komissiyanın saytında aşkar edilib. Bu barədə 4pda saytı xəbər verib. Samsung-un EI-T5300 kod adlı bu cihazı bir neçə müddət bundan öncə İndoneziyada sertifikatlaşdırmadan keçmişdi. İndi isə onun real fotoları NCC-nın məlumatlar bazasında ortaya çıxıb və həmin fotolar cihazın dizaynını tamamilə sərgiləyirlər.
        Aşkar edilmiş fotolardan da görmək olar ki, cihazın gövdəsi xüsusi çıxıntı hissəyə sahibdir. Həmin çıxıntı hissə vasitəsilə Galaxy Smart Tag trekerini müxtəlif cihazlara bərkitmək olar. Məsələn, qulaqlıqlara, portmanata və ya smartfona. Cihazın üzərində Galaxy SmartTag adı qeyd olunub. Gözləntilərə əsasən Galaxy SmartTag-ın Avropa bazarındakı qiyməti 15 avro təşkil edəcək. Cihazın 14 yanvar tarixində Galaxy S21 smartfon seriyası ilə birlikdə təqdim olunacağı güman edilir.
    Linki kopyala