main-post-cover

    Samsung Galaxy S9-un kamerası 'DSLR' kamera imiş

    15.03.2018
    Nijat Hamid
    "Samsung" şirkətinin bu yaxınlarda tanıtdığı son flaqman modeli Galaxy S9 kamerası ilə hamını təəccübləndirmişdi.
        Belə ki, kameranın ən önəmli funksiyası f/2.4 və f/1.5 diafraqmalar arası avtomatik keçid idi. Belə izah edə bilərik ki, zəif işıqlı məkanlarda diafraqma f/1.5-ə keçid edərək çəkilən şəkillərin daha aydın olmasına, çox işıqlı məkanlarda isə çəkilən şəkilin həddindən artıq parıltılı görünməməsi üçün f/2.4 diafraqmaya keçirdi. Məşhur YouTuber JerryRigEverything Galaxy S9-u açaraq kamera lensinə yaxından baxış keçirdi və bəzi məlumatlar dəqiqləşdi.
    Galaxy S9-un kamera lensi "DSLR" lens imiş. Yəni, DSLR fotoaparatlardakı lensin portativ versiyasi telefonun kamerasına inteqrasiya edilib.        
        Zack Nelson adlı şəxs telefonu açaraq bütün incəliyinə qədər baxır. Amma kameraya xüsusi diqqət yetirir. Belə ki, kameranı incələyəndə kamera lensində "Çoxsaylı Diafraqma Mexanizmi" adı verilən və müasir fotoaparatlarda istifadə edilən sistemin telefona inteqrasiya edildiyini görür. Samsung mühəndislərinin bunu necə etdiyi məlum olmasa da, etiraf etmək lazımdır kı, şirkət və mühəndislərinə çoxlu təbrik düşür.
    Videonun 3.18-ci saniyəsindən sonrası kameraya baxış hissəsidir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər