main-post-cover

    Samsung Galaxy S20+ (S11) 5G modelinin real görüntüsü ortaya çıxdı

    Elm & Texnologiya
    13.01.2020
    Nijat Hamid
            Samsung şirkətinin 2020-ci il üçün istehsal edəcəyi növbəti flaqman modeli Galaxy S20 ailəsi olacaq. Əvvəlcə S11 olaraq adlandırılması planlanan yeni flaqman ailəsi S20 olaraq adlandırılacaq. Bu səfər isə Galaxy S20+ modelinin 5G versiyasının real görüntüsü internetə sızdırıldı. 

    Galaxy S20+ 5G modelinin ekranı daha geniş və ekran daxilindəki kamera daha kiçik olacaq.

            Həmçinin yeni flaqman modeldə keçən ilə nəzərən daha incə çərçivələrə və oval kənarlara malik olacaq. Cihazın əsas kamerasının 48 Mp-lik sensora malik olacağı deyilir, lakin 8K video çəkmə dəstəyi də olacaq. Ekranın 2.5D şüşədən ibarət olan FullHD+ keyfiyyətinə malik olacağı və 120 Hz yenilənmə dəstəyinin olacağı deyilir, lakin bəzi mənbələr bunu təsdiqləmir. Telefonun Snapdragon 865 ilə gələcəyi gözlənilir və həmçinin 12 GB Rama və 4900 mAh batareya həcminə malik olacağı təxmin edilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər