Samsung Galaxy S20 Ultra-nın Azərbaycanda satış qiyməti bəlli oldu
Elm & Texnologiya
13.02.2020
Nijat Hamid
Samsung şirkətinin 2 gün öncə San Fransiskoda Unpacked tədbirində təqdim etdiyi Galaxy S20 ailəsindən bir xeyli yazmışdıq. Parametrləri və bəzi yeni funksiyaları ilə göz oxşayan yeni flaqman ailəsinin ən güclü modeli Galaxy S20 Ultra idi. 5G ilə birliktə satışa çıxan cihazın Azərbaycan qiyməti bəlli oldu.
Samsung Galaxy S20 Ultra 5G, Azərbaycanda ön sifarişə açıldı.
Şəkildən də göründüyü kimi Galaxy S20 Ultra modeli 2899 Azn-dən artıq Kontakt Home mağazalar şəbəkəsində ön sifarişə açılıb. Qeyd edək ki, smartfonlara 1 il zəmanət verilir və qeydiyyat olunmuş halda satılır. Unpacked tədbirində təqdim olunan Galaxy S20 ailəsi haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, bu məqaləmizə daxil ola bilərsiniz.
Galaxy S20 Ultra 5G-nin parametrləri bunlardır:
Ekran: 6,9 düym, 120 Hz və Dinamik AMOLED, 511 ppi, HDR10+
Prosessor: Exynos 990 və ya Snapdragon 865 (Amerika,Asiya)
RAM: 12, 16 GB LPDDR5
Yaddaş: 128 GB, 256 GB (1 TB-a qədər Micro SD dəstəyi)
Arxa Kamera: 108 MP ISOCell Bright HMX + 48 MP ISOCELL Bright GM2 +12 MP Sony IMX 555 + ToF sensoru
Ön Kamera: 40 MP
Batareya: 5.000 mAh, 45W sürətli şarj
Qoşulmalar: Wi-Fi 6, Bluetooth 5.0, USB Type-C, 5G
Əməliyyat sistemi: Android 10.0 + OneUI 2.0
Rənglər: Kosmik boz, Kosmik qara
Ölçüləri: 167 x 77, x 8,8 mm
Ağırlıq: 221 qram
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)