main-post-cover

    Samsung Galaxy S11+ smartfonunun yeni kamera dizaynı ortaya çıxdı

    Elm & Texnologiya
    28.12.2019
    Farid Pardashunas
        Bir ay bundan öncə OnLeaks ləqəbi ilə tanınan məşhur insayder gələn il təqdim olunacaq Galaxy S11+ smartfon modelinin render fotolarını təqdim etmişdi. Lakin həmin vaxtda smartfonun arxa kameralarının yerləşmə tərzi bir çoxlarını təəccübləndirmişdi. İndi isə məlum olub ki, həmin dizayn final dizayn deyil idi. Belə ki, yeni məlumat sızıntısı Galaxy S11+ modelinin arxa kameralarının final olaraq necə yerləşəcəyini əks etdirib. Bu barədə 4pda saytı xəbər verib.
    Köhnə dizayn:
    Yeni dizayn:
        İnsayderin verdiyi məlumata əsasən smartfonun ilkin render fotoları Samsung tərəfindən hazırlanmış konsept üzrə yaradılmışdı. İndi isə sözügedən insayder smartfon kameralarının necə yerləşəcəyi barəsində yeni məlumat əldə edib. Yeni dizayndan da görmək olar ki, arxa kameralar bir-birilərinə yaxın məsafədə düz xətt üzrə yerləşiblər və daha səliqəli görünürlər.
        Təqdim edilmiş yeni dizaynda diqqəti cəlb edən məqam isə smartfonun periskop kamera moduluna sahib olacağıdır. Gözləntilərə əsasən Galaxy S11+ modeli 5 qat optik zoom, 50 qat hibrid zoom və 100 qat rəqəmsal zoom rejimlərində çəkilişlər edə biləcək. Yeni Galaxy S11 seriyasının gələn ilin fevral ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər