main-post-cover

    Samsung Galaxy S11 üçün ilk konsept video hazırlandı

    Elm & Texnologiya
    19.11.2019
    Nijat Hamid
            Samsung şirkətinin bu ilki möhtəşəm flaqman modeli Galaxy S10'dan və yeni təqdim olunan 108 Mp'lik kamera sensorundan sonra diqqətlər növbəti ilin flaqman modeli olan Galaxy S11'ə çevrildi. Youtube'da sızıntılar əsasında konsept videolar hazırlayan Concept Creator kanalı bu səfər Galaxy S11 modeli üçün möhtəşəm bir konsept dizayn hazırladı. Hələlik bilinən məlumatlara əsasən S11 modelinin dizaynı Note 10 və S10 modellərinin kombinasiyalarından ibarət olacaq, lakin tək fərq kamera mövqeyi ekranın ortasında olacağı düşünülür. 
           
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
            Concept Creator kanalının hazırladığı videoya görə Galaxy S11 modeli həm ön, həm də arxa hissələrinin qıvrımlı olduğu görünür. Kənarları ovallaşan cihazda Sim kart yeri isə cihazın üst hissəsində yerləşdirilib. Bu konsept dizaynın ən gözalıcı nöqtəsi isə arxa tərəfdə 5 kameranın olmasıdır. Göründüyü kimi kamera sistemi 108 Mp əsas kamera + 12 Mp telefoto kamera + Ultra geniş kamera + ToF sensoru və dəqiq bilinməyən 5-ci bir kameradan ibarətdir. Telefon haqqda digər sızan məlumatlara görə cihaz 5x Optik Zoom dəstəkli Periskop kamera sistemindən istifadə edəcək. Galaxy S11 modelində həmçinin Snapdragon 865/Exynos 9830 prosessorları olacaq və telefon qutudan OneUİ 2.0 interfeysli Android 10 ilə çıxacaq. Telefonun təqdimat tarixi 2020 Fevral ayında keçirələcək və S11, S11+S11e şəklində 3 model tanıdılacaq. 
     
     
    Linki kopyala