main-post-cover

    Samsung Galaxy S11-in ekran şüşəsinin ilk fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    02.12.2019
    Farid Pardashunas
        Hələ təqdim edilməmiş Samsung Galaxy S11 smartfon modeli barəsində olan məlumat sızıntıları arasına yenisi əlavə edilib. Belə ki, Ice Universe ləqəbi ilə tanınan məşhur insayder öz Twitter hesabında sözügedən smartfonun ekran şüşəsinin ilk fotosunu təqdim edib. Beləliklə həmin foto vasitəsilə Galaxy S11-in ön panelinin hansı dizaynda reallaşdırılacağını öncədən bilmək olar. Bu barədə Wccftech saytı xəbər verib.
        İnsayder tərəfindən təqdim edilmiş fotolardan da görmək olar ki, smartfon minimal çərçivələrə sahib ekran ilə təchiz olunacaq. Smartfonun aşağı hissəsində bir qədər qalın çərçivə yerləşəcək. Lakin onun qalınlığı Galaxy S10 modelindəkindən daha az olacaq. Həmçinin fotolardan da görmək olar ki, smartfon ekranının yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə yerləşdiriləcək. Galaxy S11 smartfon seriyasının gələn ilin fevral ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər