main-post-cover

    Samsung Galaxy S11-in batareya həcmi barəsində məlumat sızdırıldı

    Elm & Texnologiya
    07.11.2019
    Farid Pardashunas
        Galaxy S10-nun davamçısı olacaq Galaxy S11 modeli gözləntilərə əsasən gələn ilin fevral ayında satışa çıxacaq. Gələn il baş tutacaq təqdimatdan öncə isə şirkət sözügedən cihazın sertifikatlaşdırılması ilə məşğul olub. Nəticədə Galaxy S11-in bəzi texniki göstəriciləri barəsində məlumatlar ortaya çıxıb. Bu barədə GSMarena saytı xəbər verib. SafetyKorea adlı nizamlayıcı orqanın məlumatlar bazasında EB-BG980ABY seriya nömrəsinə sahib cihaz ortaya çıxıb.
        Bu isə öz növbəsində istehsalat zavodu daxilində G980 nömrəli seriyaya aiddir. Maraqlısı ondadır ki, vaxtı ikən Galaxy S10e modeli SM-G970 kimi qeyd olunmuşdu. Məntiqlə sertifikatlaşdırma prosesindən keçmiş yeni cihaz Galaxy S11e modeli ola bilər. İnternetdə həmçinin smartfonun batareyasının fotosu ortaya çıxıb.
        Beləliklə əgər məlumat düzdürsə deməli Galaxy S11e modeli 3740 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Galaxy S10e modeli 3100 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Bu isə o deməkdir ki, Samsung şirkəti Galaxy S seriyasının yeni nəsil cihazlarının batareya həcmlərini 20% artırmağı planlaşdırır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər