main-post-cover

    Samsung Galaxy S11 barəsində yeni məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    28.10.2019
    Farid Pardashunas
        XDA-Developers saytının jurnalistinin məlumatlarına əsasən Samsung şirkətinin Galaxy S seriyasının növbəti modeli hələ bir neçə gün bundan öncə təqdim edilmiş Exynos 990 adlı flaqman prosessor modeli ilə təchiz olunmayacaq. Bunun yerinə Galaxy S11 hələ təqdim edilməmiş digər Exynos və Snapdragon prosessoru vasitəsilə çalışacaq. Galaxy S11 və onun sahib olacağı yeni mobil platformalar barəsində məlumatlar Samsung şirkətinin Android üçün olan One UI 2.0 interfeysinin kodunda aşkar ediliblər.
        Həmin məlumatlarda Exynos 9830 modeli tam şəkildə qeyd olunsa da Snapdragon 865 prosessoru sdm8250 kod adı kimi qeyd olunub. Qeyd etmək lazımdır ki, şirkət Galaxy S10 modellərində də bu cür prosessor seriyalarından istifadə etmişdi. Lakin onlar əvvəlki modellərə aid idilər. Söhbət, Exynos 9820Snapdragon 855 modellərindən gedir.
        One UI 2.0 interfeysinin kodunun incələnməsi çərçivəsində həmçinin məlum olub ki, Galaxy S11 həm də 5G dəstəyini əldə edəcək. Verilmiş məlumatda qeyd olunub ki, Galaxy S11 modelləri SM-G981U, SM-G986U SM-G988U kod nömrələrinə sahibdirlər. Həmçinin One UI 2.0 kodunda hələ anons olunmamış smartfon modellərinin adları da əks olunublar. Onların arasında Samsung Y2, R5 A30C modelləri var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər