main-post-cover

    Samsung Galaxy S10 Lite smartfonu Geekbench testindən keçdi

    Elm & Texnologiya
    31.10.2019
    Farid Pardashunas
        Biz artıq dəfələrlə xəbər vermişik ki, Samsung şirkəti Galaxy S10 seriyasına daxil olacaq daha bir smartfon modeli üzərində çalışır. İndi isə bu məlumatı məşhur Geekbench bençmark saytı təsdiqləyib. Bu barədə Sammobile saytı xəbər verib. SM-G770F model nömrəsinə sahib smartfon Geekbench-in məlumatlar bazasında aşkar edilib.
        Məlumata əsasən bu, Galaxy S10 Lite modelidir. Smartfon Snapdragon 855 prosessoru, 8 GB RAM ilə təchiz olunub və Android 10 əməliyyat sistemi vasitəilə çalışır. Geekbench-in birnüvəli testində cihaz 742 xal, çoxnüvəli testində isə 2604 xal toplayıb. Son məlumat sızıntılarına əsasən Galaxy S10 Lite smartfonu Galaxy A91-in kopyası olacaq. Galaxy S10 Lite modelinin nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, o, Galaxy S11-dən daha tez satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər