main-post-cover

    Samsung, Galaxy S10 ilə yeni dizayna keçəcək:2019 Galaxy və Note modelləri belə görünə bilər

    Elm & Texnologiya
    23.06.2018
    Nijat Hamid
    Bir neçə gün öncə Galaxy S10 modelinin ilk prototip görüntüsünün sızdırılması ilə bağlı xəbər hazırlamışdıq. Bu səfər isə yeni patent şəkilləri yayılıb. Görünüşə görə Samsung, Galaxy S8 ilə başladığı İnfinite Display və oval çərçivəli dizaynı artıq bir üst seqməntə təkminləşdirir.
    Bir patent şirkəti tərəfindən sızdırılan şəkillərə görə Samsung yeni bir dizayna keçməyi planlayır.. Telefonlarındakı çərçivələri maksimum dərəcə azaldıb, oval kənarları daha sərt və düzbucaqlı şəklində etmək istəyir.                        
    Sızdırılan patent şəkillərinə baxdıqda alt çərçivələrin tamamilə nazikləşdirildiyini və üst çərçivələrin isə ön kamera, sensorlar üçün daha incə bir hala gətirildiyini görürük. Digər maraqlı məqam isə, telefonun arxa panelində 2-ci bir ekranın olmasıdır. İddialara görə, Samsung bir sonrakı flaqman modellər üçün arxaya 2-ci bir ekran qoymağı planlayır. Nə qədər estetik və istifadəsi uyğun olacağı müzakirəli məsələdir doğrusu. USB Type-C portunun yanında 2 ədəd dinamik görürük. Yəni bu dizayn ilə birliktə stereo dinamiklər tamamilə qayıda bilər. Arxa panel realistik gəlməsə də, S10 prototipinə nəzər saldıqda sonraki illərdə çıxacaq GalaxyNote modellərinin ön ekranı bu cür ola bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər