main-post-cover

    Samsung Galaxy Note 10-un təqdimat tarixi rəsmi olaraq açıqlandı

    Elm & Texnologiya
    02.07.2019
    Farid Pardashunas
        Samsung Galaxy Note 10 flaqman smartfon seriyasının artıq gələn ay təqdim olunacağı barəsində məlumatlar çoxdan var idi. Bugün isə Samsung şirkəti bu məlumatı rəsmi olraq təsdiqlədi. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə şirkətin təqdim etdiyi rəsmi posterə əsasən sözügedən smartfon seriyası 7 avqust tarixində baş tutacaq Samsung Unpacked tədbirində təqdim olunacaq.

        Təqdimat tədbiri Nyu Yorkda keçiriləcək. Bu dəfə 4 ədəd Galaxy Note 10 modelini gözləmək lazımdır: Galaxy Note 10, Note 10 Plus, Note 10 Plus 5GNote 10e. Son məlumat sızıntılarına əsasən sözügedən smartfon modelləri 6.28 düym, 6.4 düym, 6.7 düym və 6.75 düym Infinity-O ekranla təchiz olunacaqlar. Ekranların yuxarı mərkəz hissələrində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə yerləşəcək.
        Əsas texniki götəricilərə gəldikdə isə smartfonlar Snapdragon 855 / Exynos 9825 prosessoru, 8/10/12 GB RAM, üç və ya dörd arxa kamera modulu və 25 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3400-4500 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdırlar. Onu da qeyd etmək lazımdır ki, Galaxy Note 10 smartfonları qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş hissəsindən və Bixby səsli köməkçinin aktivləşdirilməsi üçün olan ayrıca fiziki düymədən məhrum olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər