Samsung Galaxy Note 10 Lite smartfon modelinin keyfiyyətli render fotoları təqdim olundu
Elm & Texnologiya
05.12.2019
Emil Nəcəfov
OnLeaks ləqəbli məşhur insayder Galaxy Note 10 smartrfon modelinin sadələşdirilmiş versiyasının keyfiyyətli render fotolarını təqdim edib. Beləliklə sadələşdirilmiş versiya Galaxy Note 10 Lite adı ilə satışa çıxacaq və bəzi regionlarda Galaxy A81 adı ilə satılacaq. Bu barədə 91mobiles saytı xəbər verib.
Smartfon dizayn baxımından Galaxy S10 Lite modelinə bənzəyir. Həmin gövdə, yuxarı hissəsinin mərkəzində yerləşən kiçik dairəvi hissəyə sahib ekran və üçlü arxa kamera. Fərqləndirici özəlliklər sırasında S Pen stilusunu və 3.5 mm-lik audiogirişi misal gətirmək olar. Təəssüflər olsun ki, smartfonun texniki özəllikləri barəsində məlumat çox azdır.
Məlum olan odur ki, smartfon SM-N770F kod adına sahibdir və keçən ilki Galaxy Note 9 və Galaxy S9 kimi Exynos 9810 prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq Galaxy Note 10 Lite 6 GB RAM-a və Android 10 əməliyyat sisteminə sahib olmalıdır. Smartfonun nə zaman satışa çıxacağı barəsində bir məlumat yoxdur. Ola bilər ki, o, 12 dekabr tarixində Galaxy A51 və Galaxy A71 smartfon modelləri ilə birlikdə təqdim olunsun
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!