main-post-cover

    Samsung Galaxy M40-ın texniki özəllikləri təqdimatdan öncə məlum oldu

    Elm & Texnologiya
    07.06.2019
    Farid Pardashunas
        Hindistanlı insayder Mukul Sharma təqdimata hazırlaşan Samsung Galaxy M40 smartfon modelinin texniki göstərici məlumatlarını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən Galaxy M40 modeli Full HD keyfiyyətli 6.3 düym AMOLED ekran ilə təchiz olunacaq və ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə yerləşəcək. Smartfon 16 MP-lik ön kameraya sahib olacaq.

        Smartfon həmçinin 32 MP + 8 MP + 5 MP üçlü arxa kamera ilə təchiz olunacaq. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy M40 modeli əvvəlcədən də güman edildiyi kimi 8 nüvəli Snapdragon 675 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, sürətli enerji yığma texnologiyalı 3500 mAh enerji tutumlu batareya və USB-C girişi ilə təchiz olunacaq. Galaxy M40 smartfonu 11 iyun tarixində Hindistanda təqdim olunacaq. Bununla yanaşı insayder bildirib ki, smartfon 315$-a satılacaq. Beləliklə bu cür qiymət göstəricisi və texniki göstəricilər ilə sözügedən smartfon Redmi Note 7 Pro ilə əsl rəqabət apara bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər