Samsung Galaxy Fold 2 barəsində məlumat verilib
Elm & Texnologiya
22.11.2019
Farid Pardashunas
XDA-Developers saytının redaktorlarından biri Galaxy Fold 2 barədə məlumat verib. Verilmiş məlumata əsasən Galaxy Fold 2 smartfonu Bloom kod adına sahibdir. Smartfon bir neçə müddət bundan öncə təqdim edilmiş yeni Motorola RAZR modelinin dizaynında reallaşdırılacaq və iki ədəd ekrana sahib olacaq: 6.8 düym əsas ekran (üzərində ön kamera üçün dairəvi hissəli) və xarici hissədə yerləşəcək əlavə ekran. Bununla yanaşı smartfon iki ədəd batareya ilə də təchiz olunacaq. Batareyalardan biri 900 mAh enerji tutumlu olacaq. Galaxy Fold 2 modeli həmçinin 25 vatt gücündə olan sürətli şarj texnologiyasını dəstəkləyəcək. Smartfon gələn il təqdim oluacaq. Təqdimat tədbiri ya fevral ya da mart ayında baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək