Samsung Galaxy A91-in texniki göstəriciləri barəsində məlumat verildi

Samsung Galaxy A91-in texniki göstəriciləri barəsində məlumat verildi

Texnologiya
12.10.2019 PAYLAŞIM

    Çoxdan məlumdur ki, Samsung şirkəti Galaxy A seriyasının növbəti smartfon modeli üzərində çalışır. Söhbət, Galaxy A91 modelindən gedir. İndi isə Sammobile saytı həmin hazırlanan smartfon barəsində məlumatları təqdim edib. Beləliklə verilmiş məlumata əsasən Galaxy A90 kimi Galaxy A91 də Full HD+ keyfiyyətli 6.7 düym Infinity-U ekrana sahib olacaq. Lakin smartfon 5G dəstəyini əldə etməyəcək.

    Əsas texniki göstəricilər baxımından isə smartfon Snapdragon 855 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 48 MP + 12 MP + 5 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 45 vatt gücündə sürətli enerji yığma texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.


    Sürətli şarj naqilinin smartfon komplektində olması və ya istifadəçinin onu ayrıca alması barəsində bir məlumat yoxdur. Smartfon Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, Galaxy A91 modeli 2020-ci ildə satışa çıxacaq. Lakin yeni məlumat sızıntısına əsasən smartfon bu ilin sonuna kimi satışa çıxa bilər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Beşinci səviyyəli avtopilot sisteminə sahib avtomobillər nə zaman işıq üzü görəc..

Tesla elektromobillərində olan avtopilot sistemi hal hazırda olan ən təkmilləşdirilmiş avtopilot sis..


Azərbaycanda Medtech

Bu gün dünyada və Azərbaycanda bu cür texnologiyaların inkişafı haqqında  "Techealth" MedT..


Huawei öz əsas rəqibini geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı o..

2018-ci ildə Huawei smartfon istehsalı məsələsində Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən..


Qualcomm şirkəti Snapdragon 865 Plus-ı təqdim edib: Adi Snapdragon 865-dən nə il..

Qualcomm öncədən heç bir anons etmədən Snapdragon 865 Plus prosessorunu təqdim edib.


Tesla öz zavodlarının sayını artırır: Sayca beşinci Gigafactory harda inşa edilə..

Yeni zavod üçün lazımi resurslara Tesla şirkəti yalnız il yarımdan sonra sahib olacaq.


Yapon peyki kosmik tullantıları lazer şüası vasitəsilə məhv edəcək: Bu proses ne..

Kosmik tullantılar günümüzdə olan böyük problemlərdən biridir. Alimlərin hesablamalarına əsasən Yer ..

×