Samsung Galaxy A60 smartfonunun texniki göstəriciləri sızdırılıb

05.03.2019 0 PAYLAŞIM 1147 OXUNMA

    İnternetə Samsung şirkətinin Galaxy A seriyasının növbəti smartfonunun texniki göstəriciləri barəsində məlumatlar sızdırıldı. Bu barədə Slashleaks saytı xəbər verib. Söhbət, Galaxy 60 smartfon modelindən gedir. Beləliklə sızdırılmış məlumata əsasən smartfon Full HD+ keyfiyyətli 6.7 düym Super AMOLED ekran (ekran üzərində damcı formalı çıxıntı hissəli), Snapdragon 675 prosessoru, 6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 32 MP + 8 MP + 5 MP üçlü arxa kamera, 4500 mAh enerji tutumlu batareya v ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiiyası ilə təchiz olunacaq. Galaxy A60 smartfonunun təqdimat tarixi barəsində heç bir məlumat yoxdur. Lakin dəqiq ki, onu yay fəslinin ortasına kimi təqdim edəcəklər. Gözləntilərə əsasən Galaxy A60 modeli 400$-a satılacaq.