main-post-cover

    Samsung Exynos 1080 prosessoru Snapdragon 865+ prosessoruna qarşı: AnTuTu testləri

    Elm & Texnologiya
    13.10.2020
    Emil Nəcəfov
        Keçən həftə Samsung şirkəti özünün ilk 5 nanometrlik prosessoru olacaq Exynos 1080 barəsində ilkin məlumatları vermişdi. Həmin vaxtda Ice Universe ləqəbli məşhur çinli insayder bildirmişdi ki, sözügedən prosessor diqqət çəkəcək dərəcədə performanslı olacaq. İndi isə o öz sözlərini bu prosessorun bençmark test nəticəsi vasitəsilə təsdiqləyib. Bu barədə 4pda saytı xəbər verib. Təqdim olunmuş screenshot fotoya əsasən 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran, Exynos 1080 prosessoru, 8 GB RAM və 512 GB daxili yaddaş ilə təhiz olunmuş bilinməyən smartfon AnTuTu-da 693.600 xal toplayıb.
        Bu göstərici isə Snapdragon 865+ prosessoruna sahib flaqman smartfonların sözügedən AnTuTu testində sərgilədikləri nəticələrdən daha çoxdur. Maraqlısı ondadır ki, nəticələr arasındakı ən böyük fərq məhz qrafik çip (GPU) testini əhatə edir. Məlumata əsasən Exynos 1080 prosessoru özündə 4 ədəd Cortex-A78 nüvəsini və 4 ədəd Cortex-A55 nüvəsini birləşdirir. Prosessorun qrafik bacarıqlarından isə Mali-G78 çipi cavabdehdir. Qeyd etmək lazımdır ki, Exynos 1080-i əldə edəcək ilk smartfon Vivo X60 olacaq.
    Linki kopyala