main-post-cover

    Samsung Electronics'in prezidenti vaxtından əvvəl Galaxy Fold'u satışa çıxartdığı üçün üzr istədi

    Elm & Texnologiya
    02.07.2019
    Farid Pardashunas
        Samsung şirkəti qatlana bilən Galaxy Fold smartfon modelini hələ bu ilin əvvəlində təqdim etmişdi. Lakin nəticədə sözügedən smartfonun satışları bilinməyən vaxta kimi təxirə salındı. İndi isə Samsung şirkətinin mobil şöbəsinin rəhbəri D.J. Koh smartfonun satışa çıxmasının gecikməsi səbəblərindən və şirkətin bu smartfonu tez bir zamanda satışa çıxartması üçün əlindən gələni etdiyindən danışıb.
        Bu barədə The Independent saytına istinadən 4pda saytı xəbər verib. The Independent jurnalistləri ilə müsahibsəi zamanı Samsung Electronics-in prezidenti etiraf edib ki, Galaxy Fold smartfonu tam hazır olmamış vəziyyətdə bazara təqdim olunub. Nəticədə smartfonun konstruksiyasında ortaya çıxmış problemlər səbəbilə onun satışa çıxması təxirə salınıb.
        “Bu, sıxıntılı vəziyyət idi. Mən onu hazır olmamışdan öncə satışa çıxartdım. Mən etiraf edirəm ki, nəyisə gözdən qaçırtmışam. Lakin biz hal hazırda bərpa olunuruq. Hal hazırda 2000-dən çox cihaz test mərhələsindən keçir. İrimiqyaslı test mərhələsi davam edir” - deyə D.J. Koh bildirib. Smartfonun heç olmasa təqribi çıxış tarixi sualına isə o, cavab verməkdə çətinlik çəkib. Onun sözlərinə əsasən smartfonun satışa çıxmasından öncə görülən testlərin yekunlaşması üçün şirkətə bir qədər çox vaxt lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər