main-post-cover

    Samsung az büdcəli 5G cihazlar üçün MediaTek ilə işləyəcək

    Elm & Texnologiya
    10.12.2019
    Nijat Hamid
            5G texnologiyası və istehsalı daha yeni olduğu üçün qismən bahalıdır. Ekosistemdəki 5G çipləri flaqman modellər üçün yararlı olsa da, giriş seqmenti cihazlar üçün uyğun deyil. Bu səbəbdən Samsung az büdcə tələb edən telefonlarında belə 5G dəstəyini vermək üçün MediaTek şirkəti ilə işləyəcək. Daxili 5G modemi olan Dimensity 1000 prosessorunu təqdim edən MediaTek görünən odur ki, Samsung-un diqqətini çəkib.

    Samsung şirkəti Galaxy A və M modellərində 5G çiplərindən istifadə etməyi düşünür. Çiplər MediaTek tərəfindən istehsal olunacaq.

            Hal-hazırda çip ekosistemində liderlik Qualcomm əlində olsa da MediaTek şirkəti Dimensity 1000 ilə güclü rəqib olacaq. Bir çox funksiyalara malik çipset artıq bəzi şirkətlərin diqqətini çəkib. 5G texnologiyası yeni olduğu qədər də bahalı bir texnologiya olduğunu qeyd etmişdik. Ölkələr və şirkətlər hal-hazırda bu texnologiyadan maksimum dərəcə faydalanmağa çalışır. Görünən odur ki, 2020-dən başlayaraq orta və giriş seqmenti mobil telefonlarda da 5G modemlərini görəcəyik. Əsas məsələ ölkəmizdəki operatorlar 5G şəbəkə sisteminə keçidi nə vaxt tamamlayacaqlar? 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər