Samsung AMD qrafikalı Exynos 2200 flaqman prosessorunu təqdim edib

Samsung AMD qrafikalı Exynos 2200 flaqman prosessorunu təqdim edib

Texnologiya
18.01.2022 PAYLAŞIM

    Uzun müddətlik aradan sonra Samsung şirkəti Exynos 2200 flaqman prosessorunu təqdim edib. Qeyd etmək lazımdır ki, təqdim edilmiş yeni Exynos 2200 prosessorunun əsas özəlliyi ondan ibarətdir ki, o, yüksək performanslı qrafik çip ilə təchiz olunub. Exynos 2200 prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb və 8 nüvədən ibarətdir. Nüvələr 3 klasterə bölünüb: 1 ədəd Cortex-X2 nüvəsi, 3 ədəd Cortex-A710 nüvəsi və 4 ədəd Cortex-A510 nüvəsi. Qrafik özəlliklərdən AMD RDNA 2 mikroarxitekturası əsasında qurulmuş Samsung Xclipse adlı qrafik sürətləndirici cavabdehdir. Samsung-un verdiyi məlumata əsasən sözügedən qrafik sürətləndirici konsol səviyyəsində oyun təcrübəsini təqdim etmə gücünə sahibdir.

    GPU-nun imkanları arasında hardware səviyyəsində sürətlənmə özəllikli ray tracing texnologiyası və dəyişən sürətli shading var. Bundan əlavə olaraq sözügedən qrafik platforma ümumi performanslıq ilə enerji effektivliyinin yüksəldilməsi üçün nəzərdə tutulmuş xüsusi təlimatlar da əldə edib. Exynos 2200 neyron hesablamalar (NPU) üçün ayrıca yeni nəsil blok ilə təchiz olunub. Həmin blok fotoların daha yüksək keyfiyyətdə emal olunmalarında istifadə olunur. Samsung-un yeni flaqman prosessoru 200 MP-ə kimi olan kamera obyektivlərini və saniyədə 60 kadr sürətlə 8K videoların çəkilişini dəstəkləyir.


    Bundan əlavə olaraq prosessor 120 Hz-lik təsvir yenilənməsinə sahib 4K 144 Hz-lik təsvir yenilənməsinə sahib QHD keyfiyyətli ekranları dəstəkləyir. Prosessora inteqrasiya edilmiş xüsusi modem bütün aktual standartlı 5G LTE şəbəkələrdə çalışa bilir. Prosessorun daha bir fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, iSE qorunma elementi sayəsində qapalı kriptoqrafik açarların saxlanması imkanına sahibdir. Samsung bildirib ki, Exynos 2200 artıq irimiqyaslı istehsalat prosesindədir. Samsung-un hansı smartfon modellərinin bu prosessoru əldə edəcəyi barəsində hələ heç bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..

×