Redmi X flaqman smartfonunun güman edilən təqdimat tarixi ortaya çıxdı
Elm & Texnologiya
29.01.2019
Orxan Jafarli
Biz artıq bir neçə müddət bundan öncə xəbər vermişdik ki, Xiaomi şirkəti Redmi brendinin flaqman smartfon modeli üzərində çalışır. İndi isə həmin smartfonun güman edilən təqdimat tarixi barəsində məlumat ortaya çıxıb. Belə ki, Çinin Weibo adlı sosial şəbəkəsində sözügedən smartfonla bağlı poster ortaya çıxıb və həmin posterdə Redmi X adlı smartfon modelindən söhbət gedir. Bu barədə Gizmochina saytı xəbər verib. Posterə əsasən Redmi X smartfonu 15 fevral tarixində təqdim ediləcək. Bundan əlavə olaraq məlumdur ki, smartfon ekrana inteqrasiya edilmiş barmaq izi skanı ilə təchiz olunacaq. Təəssüflər olsun ki, Xiaomi şirkəti hələki bu məlumatı rəsmi olaraq təsdiqləməyib. Bu posterin sadəcə olaraq fanatlar tərəfindən hazırlandığı da istisna olunmur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)