main-post-cover

    Redmi Watch 3 smart saatı və Redmi Band 2 smart qolbağı təqdim olunub - QİYMƏTİ

    Elm & Texnologiya
    28.12.2022
    Farid Pardashunas
        Xiaomi-nin Redmi brendi Redmi Watch 3 smart saatını və Redmi Band 2 smart qolbağını təqdim edib. Hər iki cihaz nisbətən böyük ölçülü ekran, çoxlu sayda idman rejiminin dəstəyi və bir dəfə şarj olunandan sonra uzun müddət ərizndə çalışma imkanı ilə fərqlənir. Redmi Watch 3 smart saatı 60 Hz-lik təsvir yenilənməsinə sahib 450x390 piksel keyfiyyətli 1.75 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Bununla yanaşı smart saatın ekranı Always-on-Display funksiyasını dəstəkləyir. Smart saat həmçinin özündə telefon zənglərinin reallaşdırılması, SOS siqnalının göndərilməsi funksiyasını və GPS modulu birləşdirir. Redmi Watch 3-ə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi quraşdırılıb.
        Smart saatın gövdəsi suya dözümlüdür. Məlumata əsasən o, 50 metr su dərinliyinə tab gətirə bilir. Redmi Watch 3 modeli 120-dən çox idman rejimini dəstəkləyir. Bununla yanaşı o, ürək döyüntülərini, qandakı oksigen miqdarını, yandırılmış kalori miqdarını, qan damar təzyiqini ölçə və qadınlarda menstrual dövrü monitorinq edə bilər. Bir dəfə şarj olunandan sonra Redmi Watch 3 smart saatı 12 ərzində çalışa bilir. Smart saat yaxın günlərdə 72$ qiymətində Çində satışa çıxacaq. Redmi Band 2 smart qolbağına gəldikdə isə o, Redmi Watch 3-ün bir növ sadələşdirilmiş versiyası rolunda çıxış edir. Smart qolbaq 320x172 piksel keyfiyyətli 1.47 düym TFT ekran ilə təchiz olunub və ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit təşkil edir.
        Redmi Watch 3 kimi Redmi Band 2-nin də gövdəsi suya dözümlüdür. Məlumatda qeyd edilib ki, smart qolbaq 50 metr su dərinliyinə tab gətirə bilir. Smart qolbaq 30-dan çox idman rejimini dəstəkləyir, ürək döyüntülərini, qandakı oksigen miqdarını ölçə və qadınlarda menstrual dövrü monitorinq edə bilir. Bununla yanaşı Redmi Band 2 istifadəçinin yuxu keyfiyyətinə də nəzarət edir. Əlavə olaraq onu qeyd etmək lazımdır ki, smart qolbaq həmçinin smartfonda oxudulan musiqini idarə etmək funksiyasına, zəngli saata, itmiş smartfonu axtarmaq imkanına və s. özəlliklərə sahibdir. Redmi Band 2 bir dəfə şarj olunandan sonra 14 gün ərzində çalışa bilir. O, yaxın günlərdə 23$-a Çində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər