main-post-cover

    Redmi Note 9-un real fotosu və təqdimat tarixi təqdim edildi

    Elm & Texnologiya
    02.03.2020
    Emil Nəcəfov
        Təqdimata hazırlaşan Redmi Note 9 smartfon modelinin bir sıra insayder fotolarının ortaya çıxmasından sonra Redmi brendi smartfonun təqdimat tarixini və onun real fotosunu təqdim etdi. Belə ki, Redmi India-nın rəhbəri Manu Kumar Jain-in Redmi Note 9-u əlində tutması şəklində fotosu ortaya çıxıb. Brendin özü isə Twitter hesabında smartfonun təqdimat tarixini elan edib. Bu barədə Androidpure saytı xəbər verib. Fotoda əks olunmuş smartfonlar əvvəlki Redmi Note modellərinə bənzəmirlər.
        Belə ki, Redmi Note 8-də arxa kamera modulu arxa panelin yuxarı sol hissəsində şaquli şəkildə yerləşir. Yeni smartonda isə arxa kamera modulu arxa panelin mərkəzində yerləşəcək. Bundan əlavə olaraq Redmi Note 8 Pro-dan fərqli olaraq yeni smartfonda işıqlandırma sistemi kamera modulunun sağ hissəsində deyil aşağısında yerləşir. Beləliklə Redmi brendinin verdiyi məlumata əsasən Redmi Note 9 modeli 12 mart tarixində təqdim olunacaq. Smartfonun texniki göstəriciləri və qiyməti barəsində bir məlumat yoxdur.
    Linki kopyala