main-post-cover

    Redmi Note 9-un güman olunan ilk fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    11.01.2020
    Emil Nəcəfov
        Redmi Note 8-in satışa çıxmasından heç yarım il keçməyib, lakin internetdə artıq onun davamçısı barəsində məlumatlar çıxmağa başlayıb. Belə ki, bu dəfə internetdə güman olunan Redmi Note 9-un fotosu ortaya çıxıb. Fotodan da görmək olar ki, Redmi Note 9 modeli xarici görünüşcə Redmi Note 8-dən bir qədər fərqlənəcək. Bu barədə Slashleaks saytı xəbər verib. Sözügedən fotonu təqdim etmiş mənbənin verdiyi məlumata əsasən fotoda əks olunmuş cihaz məhz Redmi Note 9 smartfonudur.
        Fotoya baxaraq yeni smartfonu Redmi Note 8-dən fərqləndirəcək əsas özəlliyi görmək olar. Belə ki, Redmi Note 9-un ön kamerası ekran üzərindəki dairəvi hissədə yerləşəcək. Qeyd etmək lazımdır ki, Redmi Note 8-də ön kamera damcı formalı çıxıntı hissənin daxilində yerləşdirilir. Redmi Note 9-da həmçinin ön kamera Samsung-un son smartfon modellərində olduğu kimi ekranın yuxarı hissəsinin mərkəzində yerləşəcək. Smartfonun texniki göstəriciləri, qiyməti və təqdimat tarixi barəsində hələ heç bir əlumat yoxdur. 
    Linki kopyala