main-post-cover

    Redmi Note 9 Pro smartfonu Geekbench testlərindən keçdi

    Elm & Texnologiya
    04.03.2020
    Farid Pardashunas
        Məşhur Geekbench bençmark saytında Redmi Note 9 Pro smartfon modeli aşkar adilib. Geekbench testləri nəticəsində smartfonun hansı prosessor ilə təchiz olunacağı məlum olub. Bu barədə Mysmartprice saytı xəbər verib. Beləliklə Geekbecnh məlumatlarına əsasən smartfon Qualcomm-un 8 nüvəli prosessor modeli ilə təchiz olunacaq. Məlumatda hansı model Snapdragon-dan istifadə olunacağı qeyd olunmayıb.
        Lakin çox güman ki, Redmi Note 9 Pro modeli Snapdragon 730 və ya Snapdragon 730G ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, sözügedən smartfon Geekbench-in birnüvəli testində 569 xal, çoxnüvəli testində isə 1755 xal toplayıb. Testlərdən keçmiş model 6 GB RAM-a və Android 10 əməliyyat sisteminə sahib olub. Bundan əlavə olaraq Redmi Note 9 Pro modeli dördlü arxa kameraya da sahib olmalıdır. Redmi Note 9 Pro modeli adi Redmi Note 9 ilə birlikdə 12 mart tarixində təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər