main-post-cover

    Redmi Note 8T rəsmi olaraq təqdim olundu - QİYMƏTİ

    Elm & Texnologiya
    06.11.2019
    Emil Nəcəfov
        Uzun müddət ərzində baş vermiş məlumat sızıntılarından sonra Xiaomi şirkəti Avropa bazarı üçün nəzərdə tutulmuş təqdimat tədbiri çərçivəsində Redmi 8T smartfon modelini təqdim etdi. Redmi 8T-nin əsas özəllikləri sırasında NFC modul, 4 arxa kamera və diqqət çəkən qiymət göstəricisi var. Qeyd etmək lazımdır ki, Redmi 8T smartfonu hələ bir neçə müddət bundan öncə satışa çıxmış adi Redmi 8-in daha təkmilləşdirilmiş versiyasıdır. Daha doğrusu bu iki smartfon arasında olan fərq ondan ibarətdir ki, Redmi 8T modeli kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modula sahibdir.
        Əsas texniki göstəricilərə gəldikdə smartfon 2340x1080 piksel keyfyyətli 6.39 düym ekran, Snapdragon 665 prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP (f/1.79 diafraqmalı) + 8 MP + 2 MP + 2 MP dördlü arxa kamera, 13 MP-lik (f/2.0 diafraqmalı) ön kamera və 18 vatt gücündə sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Beləliklə 4 GB RAM və 64 GB daxili yaddaşa sahib model 199 avroya, 4 GB RAM və 128 GB daxili yaddaşa sahib model isə 250 avroya satılacaq. Smartfon 8 noyabr tarixində İspaniya və İtaliyada, 13 noyabr tarixində Fransada, 15 noyabr tarixində isə Almaniyada satışa çıxacaq. Daha sonra smartfon digər bazarlarda da satışa çıxacaq. 
    Linki kopyala