main-post-cover

    Redmi Note 8T'nin keyfiyyətli render fotoları təqdim olundu

    Elm & Texnologiya
    23.10.2019
    Farid Pardashunas
        Dünən biz xəbər vermişdik ki, təkzib edilmiş məlumatlara baxmayaraq Xiaomi şirkəti Redmi Note 8T smartfon modeli üzərində çalışır. İndi isə internetdı bu smartfonun keyfiyyətli render fotoları ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Render fotoları hindistanlı inayder Sudhanshu Ambhore təqdim edib. Həmin fotolar Redmi Note 8T-nin xarici görünüşcə adi Redmi Note 8-ə bənzəyəcəyi məlumatını təsdiqləyiblər.
        Smartfon şüşə materialdan hazırlanmış gövdə, plastik materialdan hazırlanmış ekran ətrafı çərçivələr, genişformatlı ekran, ekran üzərində damcı formalı çıxıntı hissə və 4 arxa kamera modulu əldə edəcək. Qeyd etmək lazımdır ki, Redmi Note 8T-ni adi Redmi Note 8-dən fərqləndirəcək tək özəllik ondan ibarət olacaq ki, yeni model kontaksız ödənişlər üçün nəzərdə tutulmuş NFC modul ilə təchiz olunacaq. Smartfonun digər texniki göstəriciləri isə adi Redmi Note 8-in texniki göstəriciləri ilə eyni olacaq. Smartfonun təqdimat tarixi barəsində məlumat olmasa da, onun bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər