Redmi Note 8'in dizaynı və təqdimat tarixi ortaya çıxdı
Elm & Texnologiya
21.08.2019
Farid Pardashunas
Redmi brendi Note 8 smartfon modelinin dizaynı, təqdimat və satış tarixləri barəsində olmuş məlumat sızıntılarına son qoydu. Belə ki, internetdə sözügedən smartfonun ilk rəsmi təqdimat tizeri fotoları ortaya çıxdı. Sözügedən fotolar smartfonun dizayn özəlliklərindən əlavə olaraq Note 8 Pro modelinin vacib özəlliyini də sərgilədi. Bu barədə Mydrivers.com saytı xəbər verib. Beləliklə Redmi Note 8 Pro 64 MP-lik kamera moduluna sahib olacaq ilk smartfon olacaq.
Təqdim olunmuş tizer fotosunda əks olunmuş smartfonun arxa panelində üç kamera modulunu görmək olar. Onlardan biri isə 64 MP-likdir. Məlumata əsasən 1/1.7 düym ölçüdə olan kamera sensoru smartfon üçün rekord olan 9248x6936 piksel keyfiyyətli fotoları çəkə bilir. Bununla yanaşı 4 pikselin tam 1 pikselə çevrilməsi sayəsində isə smartfon hətta yaxşı işıqlandırılmamış mühitdə yüksək keyfiyyətli fotoların əldə edilməsinə şərait yaradır.
Redmi Note 8-in adi versiyası 48 MP-lik kamera modulu ilə təchiz olunacaq. Fotolardan da görmək olar ki. hər iki smartfon modelinin arxa panelində barmaq izi skanı texnologiyası mövcuddur və həmin texnologiya kamera modulları ilə bir sırada yerləşdirilib. Smartfonların texniki göstəriciləri barəsində hələ məlumat verilməyib. Lakin son məlumat sızıntılarına əsasən smartfonlar Cortex-A76 nüvələrinə sahib MediaTek Helio G90 və ya G90T prosessorları və Mali-G76 qrafik sürətləndirici ilə təchiz olunacaqlar. Smartfonların təqdimatları 29 avqust tarixində Çində baş tutacaq. Çində və digər bazarlarda smartfonların oktyabr ayında satışa çıxacaqları gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)