main-post-cover

    Redmi K30-un yeni fotoları və bütün texniki göstəriciləri sızdırıldı

    Elm & Texnologiya
    28.11.2019
    Farid Pardashunas
        Redmi K30 smartfon modelinin gələn ay təqdim olunacağı artıq öncədən rəsmi olaraq bildirilmişdi. Buna baxmayaraq internetdə sözügedən smartfon barədə yeni məlumatlar ortaya çıxmağa davam edir. Beləliklə insayderlər Redmi K30-un yeni fotolarını və texniki göstəricilərini təqdim ediblər. Bu barədə GSMarena saytı xəbər verib.
        Təqdim edilmiş yeni fotolardan da görmək olar ki, smartfon Galaxy S10+ kimi ekran üzərində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissəyə sahib olacaq. Bundan əlavə olaraq diqqət etmək olar ki, smartfonun aşağı hissəsindəki çərçivənin qalınlığı yuxarı hissənin çərçivəsinin qalınlığı ilə eynidir. Yeni fotolardan əlavə olaraq insayderlər həmçinin Redmi K30-un texniki özəllikləri barəsində də məlumat veriblər.
        Beləliklə məlumata əsasən smartfon Full HD+ keyfiyyətli 6.66 düym IPS ekran (120 Hz təsvir yenilənməsi özəllikli), ekran üzərində Gorilla Glass 5 qoruyucu şüşəsi, Snapdragon 735G prosessoru, 6 GB RAM, 64 GB daxili yaddaş həcmi, 64 MP + 13 MP + 8 MP + 2 MP dördlü arxa kamera, 20 MP + 2 MP ikili ön kamera və 27 vatt gücündə sürətli enerji yığma texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon MIUI 11 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Məlumata əsasən Redmi K30-un 4G dəstəkli versiyasının qiyməti 285$ təşkil edəcək. Qeyd edək ki, Redmi K30 modeli 10 dekabr tarixində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər