main-post-cover

    Redmi K30-un təqdimat tarixi ilə dizaynı ortaya çıxdı

    Elm & Texnologiya
    12.11.2019
    Emil Nəcəfov
        Hələ təqdim edilməmiş Redmi K30 smarfonu barəsində yeni məlumat sızıntısı baş verib. Bu dəfəki məlumat sızıntısında smartfonun dizaynı və təqdimat tarixi əks ounub. Bu barədə 4pda saytı xəbər verib. Redmi K30 smartfonunun internetdə ortaya çıxmış render fotosu daha öncəki məlumat sızıntılarını təsdiqləyir. Render fotosundan da görmək olar ki, smartfon ekranında ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşəcək. Bu baxımdan smartfonun ön paneli Galaxy S10+ modelinin ön panelini xatırladacaq.
        Smartfonun arxa panelində isə üçlü kamera yerləşdiriləcək. Arxa paneldə barmaq izi skanı yoxdur. Bu isə o deməkdir ki, barmaq izi skanı texnologiyası çox güman ki, smartfonun ekranına inteqrasiya ediləcək. Yeni məlumata əsasən Redmi K30 modeli MediaTek Helio M70 prosessoru, Mali-G77 qrafik çipi və 80 MP-lik üçlü arxa kamera ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 5G şəbəkə dəstəyini də əldə edəcək. Məlumatda həmçinin qeyd edilib ki, smartfon Geekbench-in birnüvəli testində 3447 xal, çoxnüvəli testində isə 12151 xal toplayıb. Redmi K30-un 26 noyabr tarixində təqdim olunacağı gözlənilir. 
    Linki kopyala