main-post-cover

    Redmi K30-un real fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    22.11.2019
    Emil Nəcəfov
        Çinin Weibo sosial şəbəkəsində Redmi K30 smartfon modelinin real fotoları ortaya çıxıb. Bu barədə XDA-Developers saytı xəbər verib. Ortaya çıxmış real fotolar smartfon barəsində daha öncəki məlumat sızıntılarını təsdiqləyiblər. İlk öncə onu qeyd etmək lazımdır ki, smartfon Galaxy S10+ modelində olduğu kimi ekran üzərində ön kamera üçün kiçik dairəvi hissə ilə təchiz olunacaq. Real fotolardan da görmək olar ki, smartfon ekranının təsvir tezliyini 60 Hz-dən 120 Hz-ə dəyişmək mümkün olacaq.
        Bundan əlavə olaraq Redmi K30 Snapdragon 730/730G prosessoru və Adreno 618 qrafik çipi ilə təchiz olunub. Qeyd edilmiş prosessorlardan heç biri 5G şəbəkəsini dəstəkləmir. Buna görə də güman etmək olar ki, bu prosessorlar sadəcə olaraq smartfonun test versiyasına quraşdırılıblar. Smartfonun final versiyası isə 5G dəstəkli Snapdragon 735 prosessoru vasitəsilə çalışacaq. Redmi K30-un gələn ayın ortasında təqdim olunması gözlənilir. Satışa isə gələn il start veriləcək.
    Linki kopyala