main-post-cover

    Redmi K30-un kamerası barəsində məlumat verildi

    Elm & Texnologiya
    29.11.2019
    Emil Nəcəfov
        Gələn ay təqdim ediləcək Redmi K30 smartfon modeli barəsində məlumatlar ortaya çıxmağa davam edir. Belə ki, Redmi brendinin rəhbəri olan Lu Weibing jurnalistlərə bildirib ki, Redmi K30 modeli yeni 64 MP-lik Sony IMX686 kamera modulunu əldə edəcək ilk smartfon olacaq. Qeyd etmək lazımdır ki, əvvəlki məlumatlara əsasən bu kameranı ilk əldə edəcək smartfon məhz Honor V30 olmalı idi.
        Lakin nəticədə Honor V30 modeli 40 MP-lik Sony IMX600 kamera modulunu əldə etdi. Qeyd etmək lazımdır ki, 64 MP-lik kamera modulundan əlavə olaraq Redmi K30 modeli əlavə 3 kameraya da sahib olacaq: 8 MP + 13 MP + 2 MP. Smartfon iki versiyada satşa çıxacaq. Onlardan biri 5G şəbəkəsini digəri isə yalnız 4G şəbəkəsini dəstəkləyəcək. Redmi k30 smartfonu 10 dekabr tarixində Çində təqdim olunacaq. 
    Linki kopyala