main-post-cover

    Redmi K30 smartfonu Snapdragon prosessorundan məhrum ola bilər

    Elm & Texnologiya
    05.11.2019
    Emil Nəcəfov
        Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Redmi K30 smartfon modeli 5G şəbəkə dəstəkli Snapdraogn 735 prosessoru ilə təchiz olunacaq. Lakin yeni verilmiş məlumata əsasən smartfon istehsalı qiymətini aşağı salmaq üçün şirkət öz smartfonunda MediaTek prosessorundan istifadə edə bilər. Bu barədə Techradar saytı xəbər verib.
        Hələ bir neçə müddət bundan öncə Redmi brendinin rəhbəri bildirmişdi ki, 2020-ci ildə onlar bazardakı ən bücəli 5G dəstəkli smartfon modelini təqdim edəcəklər. O həmçinin rəsmi şəkildə təsdiq etmişdi ki, Redmi K30 modeli 5G şəbəkəsini dəstəkləyəcək. Beləliklə yeni verilmiş məlumatda qeyd olunub ki, Redmi K30 modelinin istehsal qiymətinin aşağı salınmasının əsas üsulu kimi şirkət Snapdragon prosessorunun yerinə MediaTek prosessorundan istifadə edəcək.
        Onu da qeyd etmək lazımdır ki, MediaTek gələn ilin əvvəlində özünün 5G dəstəkli prosessor modelinin istehsalını artıq təsdiqləyib. Həmin prosessor həm də Geekbench bençmark saytında da aşkar edilmişdi. Geekbench testlərinə əsasən demək olar ki, MedaTek-in 5G dəstəkli prosessor modeli heç də pis texniki özəlliklərə sahib deyil. Heç istisna deyil ki, adi Redmi K30 modeli MediaTek prosessoru, Redmi K30 Pro modeli isə Snapdragon prosessoru ilə təchiz olunacaq.
    Linki kopyala