Redmi K30 smartfonu MediaTek əvəzinə 5G dəstəkli Snapdragon prosessorunu əldə edəcək
Elm & Texnologiya
19.11.2019
Farid Pardashunas
Hələ bir neçə müddət bundan öncə internetdə məlumat ortaya çıxmışdı ki, Redmi K30 smartfonu 5G çipinə sahib MediaTek prosessorunu əldə edərək Redmi brendinin ilk 5G dəstəkli smartfon modeli olacaq. Lakin görünür, bu belə olmayacaq. Belə ki, məşhur insayder Sudhanshu Ambhore-nin verdiyi məlumata əsasən Redmi K30 smartfonu MediaTek prosessoru yerinə Qualcomm şirkətinin prosessor modelini əldə edəcək.
Söhbət, dekabr ayının əvvəlində Snapdragon 865 ilə birlikdə təqdim ediləcək Snapdragon 735 prosessorundan gedir. Bu barədə Gagadget saytı xəbər verib. Sözügedən prosessor SM-7250 kod nömrəsinə sahibdir və 5G çip ilə təchiz olunacaq. Bununla yanaşı Snapdragon 735 prosessoru 2.32-2.36 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A76 və 1.73 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsi əldə edəcək.
Yəni prosessor 8 nüvəli olacaq. Qualcomm prosessorundan əlavə olaraq Redmi K30 smartfonu biri 64 MP olmaqla dördlü arxa kamera ilə də təchiz olunmalıdır. Redmi brendinin rəhbəri Lu Weibing-in sözlərinə əsasən smartfon dəqiq şəkildə gələn il satışa çıxacaq. Lakin onun təqdimatı artıq gələn ayın ortasında baş tuta bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)