Redmi K30 Pro smartfonu qlobal bazarda Poco F2 Pro adı ilə satışa çıxacaq
Elm & Texnologiya
27.04.2020
Farid Pardashunas
Bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti Redmi K30 Pro smartfon modelini qlobal bazarda Poco brendi altında satışa çıxarda bilər. İndi isə bu məlumat öz təsdiqini tapıb. Bu barədə Gagadget saytı xəbər verib. XDA-Develpers saytının baş redaktoru Google Play-in məlumatlar bazasında Poco F2 Pro smartfon modelini aşkar edib.
Lakin məsələ burasındadır ki, həmin məlumatlar bazasında sözügedən smartfon həmçinin Redmi K30 Pro adı altında təqdim edilib. Başqa sözlə desək, bu, müxtəlif bazarlar üçün nəzərdə tutulmuş eyni smartfon modelidir. Beləliklə smartfon Snapdraogn 865 prosessoru, 33 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya, hərəkətli kamera sistemi, 5G şəbəkə dəstəyi və Wi-Fi 6 standartı ilə təchiz olunmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)