main-post-cover

    Redmi K30 Pro-nun əsas kamerası barəsində məlumat ortaya çıxıb

    Elm & Texnologiya
    04.02.2020
    Emil Nəcəfov
        Redmi brendi keçən ilin dekabr ayında təqdim edilmiş Redmi K30 smartfon modelinin təkmilləşdirilmiş versiyası olan Redmi K30 Pro üzərində çalışır. İndi isə XDA-Developers saytının mütəxəssisləri smartfonun kameraları barəsində məlumatları aşkar ediblər. Qeyd etmək lazımdır ki, Redmi K30-un arxa kameralarından ən əsası 64 MP-likdir. Bir çoxları güman edirdilər ki, Redmi K30 Pro mdelinin arxa kameralarından ən əsası isə 108 MP-lik olacaq.
        Son məlumat sızıntılarına əsasən bu cür kamera moduluna Xiaomi Mi 10Mi 10 Pro smartfon modelləri sahib olmalıdırlar. Lakin yeni məlumat sızıntısına əsasən Xiaomi-nin planları tamamilə fərqlidir. MIUI 11 istifadəçi interfeysinin yeni versiyasının kodunda smartfonlara aid olan bir neçə kod adına rast gəlinib: Tucana (Mi Note 10 Pro), Draco (Mi Mix Alpha), Umi (Mi 10), Cmi (Mi 10 Pro).
        Bütün bu smartfonlar üçün 108 MP-lik kamera dəstəyi əlavə ediləcək. Lakin Redmi K30 Pro üçün bu cür kamera dəstəyinin olacağı qeyd edilməyib. Məlumata əsasən smartfonun arxa kameralarından ən əsası 64 MP-lik olacaq. Redmi K30 Pro-nun nə zaman təqdim olunacağı bilinmir. Lakin gözləntilərə əsasən o, Mi 10 və Mi 10 Pro smartfon modellərinin satışa çıxmasından bir neçə müddət sonra təqdim olunacaq.
    Linki kopyala