main-post-cover

    Redmi K30 Pro-nun bir sıra texniki özəlliyi Geekbench vasitəsilə məlum oldu

    Elm & Texnologiya
    22.01.2020
    Farid Pardashunas
        Keçən ilin sonunda satışa çıxmış Redmi K30 smartfonu alıcılar arasında çox məşhurlaşdı. Lakin bir çoxları smartfonun Pro modelini gözləyir. Redmi K30 Pro yaxın müddətdə təqdim edilməlidir. İndi isə smartfon Geekbench-in məlumatlar bazasında aşkar edilib. Bu barədə 4pda saytı xəbər verib. Geekbench testlərindən keçərək smartfonun texniki özəllikləri məlum olub.
        Beləliklə Geekbench məlumatlarına əsasən Redmi K30 smartfonu Snapdragon 865 prosessoru və 8 GB RAM ilə təchiz olunaraq Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, smartfon MediaTek Dimensity 1000L prosessoru ilə təchiz olunacaq. Geekbench testləri vasitəsilə bu məlumat da təkzib olundu.
        Smartfonun özü Geekbench-in birnüvəli testində 903 xal, çoxnüvəli testində isə 3362 xal toplayıb. Bu cür göstəricilər isə Snapdragon 855 prosessoruna sahib smartfonun göstəricilərindən 35% daha yüksəkdir. Smartfonun nə zaman təqdim olunacağı barəsində məlumat olmasa da əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, smartfon bu ilin mart ayında satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər