main-post-cover

    Redmi K30 5G-nin sadələşdirilmiş versiyası Redmi K30i təqdim olundu - QİYMƏTİ

    Elm & Texnologiya
    25.05.2020
    Farid Pardashunas
        Xiaomi şirkətinin Redmi brendi Çində Redmi K30 5G smartfon modelinin sadələşdirilmiş versiyası Redmi K30i smartfonunu təqdim etdi. Sadələşdirilmiş model adi Redmi K30-un bütün əsas özəlliklərini saxlayıb və ondan cüzi fərqlənir. Buna baxmayaraq alıcılar Redmi K30i smartfonunu ucuz qiymətə əldə edəcəklər. Beləliklə Redmi K30i smartfonu Full HD+ keyfiyyətli 6.67 düym IPS ekrana sahibdir. Ekran həmçinin 120 Hz-lik təsvir yenilənməsini də dəstəkləyir və onun yuxarı sağ hissəsində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı yerləşdirilib.
        Əsas texniki özəlliklərə gəldikdə isə smartfon Snapdraogn 765G prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 48 MP + 8 MP + 5 MP + 2 MP dördlü arxa kamera, 20 MP + 2 MP ikili ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi K30i smartfonu 2 iyun tarixində 265$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər