main-post-cover

    Redmi K20 ilə K20 Pro smartfonları Avropa bazarında fərqli adla satışa çıxa bilərlər

    Elm & Texnologiya
    25.05.2019
    Farid Pardashunas
        Redmi brendinin K20 flaqman smartfon seriyasının təqdimatına bir neçə gün qalsa da Redmi brendi bu seriya barəsində məlumat verməyə davam edir. Son məlumatlarda bu seriyasının smartfonlarında olacaq səs texnologiyalarından danışılmışdı. Əsasən məlumat verilmişdi ki, smartfonlar 3.5 mm-lik audiogiriş və Smart Pa gücləndiricisinə sahib böyük səsgücləndirici ilə təchiz olunacaqlar.
        Bundan əlavə olaraq smartfonlarda Hi-Res Audio texnologiyasının dəstəyi də olacaq. İndi isə bu smartfon modellərində olacaq vacib bir özəllik və onların Avropa bazarında hansı adla satılacaqları barəsində məlumat ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə hələ təsdiqlənməmş məlumatlara əsasən Redmi K20 seriyasının smartfonları NFC modul ilə təchiz olunacaqlar.

        Əgər bu məlumat həqiqətən də düzdürsə deməli istifadəçilər bu smartfonlar vasitəsilə kontaksız ödənişləri reallaşdıra biləcəklər. Bundan əlavə olaraq daha bir məlumata əsasən K20 ilə K20 Pro modelləri Avropada Xiaomi brendinin adı altında satıla bilərlər. Məlumatda qeyd olunub ki, beləliklə smartfonlar Xiaomi Mi 9T Mi 9T Pro adlanacaqlar. Qeyd etmək lazımdır ki, Redmi K20 seriyasının təqdimatı 28 may tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər